Ukraynadan İranla bağlı KRİTİK ADDIM: Müzakirələr BAŞLADI

Siyasət
14:54 / 18.10.2022
7821
Ukrayna İranla diplomatik münasibətləri kəsmək məsələsini nəzərdən keçirəcək.
Sfera.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Ali Radanın deputatı Oleksiy Qonçarenko “Telegram” kanalında bildirib.
“Ali Radaya İranla diplomatik münasibətlərin dayandırılması və onun terrorizmin himayədarı kimi tanınması haqqında qərar layihəsi təqdim edilib”, - deputat qeyd edib.
Onun fikrincə, İran Rusiyaya pilotsuz uçuş aparatı verir və Rusiya Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlarda həmin aparatlardan istifadə edir. O, həmçinin əlavə edib ki, rəsmi Kiyev ölkələrdən İranı terrorizmin himayədarı kimi tanımağı istəyəcək.
Vasif,
Sfera.az