"Məhv olacaq!" - Medvedevdən İsrailə SƏRT XƏBƏRDARLIQ

Siyasət
13:40 / 17.10.2022
7854
İsrail Ukraynaya silah tədarük etsə, Rusiya-İsrail dövlətlərarası münasibətləri məhv olacaq.
Sfera.az xəbər verir ki, bunu Rusiyanın sabiq prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında yazıb.
“İsrail, deyəsən, Kiyev rejiminə silah tədarük etməyə hazırlaşır. Bu ehtiyatsız addımdır. Ölkələrimiz arasında bütün dövlətlərarası münasibətləri məhv edəcək. Bandera həvəskarlarının nasist olduğu və elə də qaldığı həqiqətindən danışmıram. Sadəcə müasir əlaltılarının simvolikalarına baxmaq kifayətdir. Əgər onlara silah verilərsə, o zaman İsrailin Bandera və Şuxeviçi öz qəhrəmanları elan etməsinin vaxtı çatıb", - Medvedev qeyd edib.(APA)