Ermənistan sülh müqaviləsini niyə yubadır? - SƏBƏBLƏR

Ermənistan sülh müqaviləsini niyə yubadır? - SƏBƏBLƏR

Son vaxtlar Ermənistanın sabotaj cəhdləri  intensivləşib. Demək olar, hər gün cəbhənin müxtəlif istiqamətlərində atəşkəs pozulur.

 

Mövzu ilə bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, baş verənlər Ermənistanın yekun sülh müqaviləsi ilə bağlı səmimiyyətini şübhə altına salır.

 

“Nəzərə almaq lazımdır ki, Ermənistanla Azərbaycan arasında dövlət sərhədi hələ müəyyənləşməyib. İrəvan bu məsələyə isti yanaşmır, nəticədə öz işini çətinləşdirmiş olur. Çünki biz düşmənin təxribatlarına cavab verərkən öz tarixi torpaqlarımızda da antiterror əməliyyatı keçirə bilərik və kimsə bizə nəyisə irad tuta bilməz. Yekun sülh müqavilsəi istiqamətində danışıqlar davam edir. Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev müqavilənin bu ilin sonuna qədər bağlana biləcəyini demişdi. Həmçinin Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan da oxşar bəyanatla çıxış etmişdi. Ermənistan iqtidari yekun sülh müqaviləsinin imzalanmasında maraqlı görünür, çünki  bundan başqa yolu yoxdur. İrəvan Ankara ilə diplomatik münasibətləri bərpa etməyə, Bakı ilə əlaqələri normallaşdırmağa məcburdur”.

 

Müsahibimiz qeyd edib ki, İran, Rusiya və Qərb dövlətləri regiondakı sabitlikdə maraqlı deyillər:

 

“Rəsmi Parisin son zamanlar davam edən provokativ bəyanatları, həmçinin müxtəlif ölkələrdəki səfirliklərimizə hücum da bu aspektdən qiymətləndirilməlidir.  İndi Ermənistan Baş naziri Nikol Paşinyandan ən çox tələb oluanan siyasi iradə və məntiqdir. Rəsmi İrəvan əgər gələcəyi barədə düşünürsə, kənar təsirləri məhdudlaşdırmalıdır. Ermənistan daxilində də Azərbaycanla münasibətlərin normallaşmasına qarşı çıxan qüvvələr var və onlar müəyyən təsir gücünə malikdirlər. Amma provokasiyaları kimin törətməsindən asılı olmayaraq məsuliyyəti Paşinyan hökuməti daşıyır. Sərhəddəki istənilən gərginliyə görə həm də rəsmi İrəvan cavab verməlidir. Paşinyan səmimiyyətini göstərməli və anlamalıdır ki, sabotaj cəhdlərinin təkrarlanması Azərbaycan ordusunun istənilən tarixi torpaqlarımıza ayaq basması ilə nəticələnə bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR