Ərdoğandan Bartın faciəsi ilə bağlı paylaşım

Siyasət
20:10 / 16.10.2022
12611
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın şəhərinin Amasra rayonunda mədəndə baş verən partlayışdan sonra başsağlığı verən dövlət rəhbərləri ilə bağlı paylaşım edib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti öz Tvitter səhifəsində yazıb.
"Türk xalqı adından dövlət rəhbərlərinə və xalqlarına səmimi həmrəyliklərinə, Bartında yaşadığımız acıları bölüşdüklərinə görə minnətdarlığımı bildirirəm", - deyə R.T.Ərdoğan bildirib.
Türkiyə prezidenti paylaşımında faciə ilə bağlı türk xalqına başsağlığı verən ölkələrin və beynəlxalq təşkilatların bayraqlarından istifadə edib.