Zelenski Türkiyəyə belə başsağlığı verdi - FOTO

Zelenski Türkiyəyə belə başsağlığı verdi - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin Bartın şəhərində kömür mədənində baş verən partlayışla bağlı başsağlığı verib.

 

Sfera.az xəbər verir ki, Zelenski bu barədə öz rəsmi tviter hesabında türk dilində paylaşım edib. 

 

Onun bu paylaşımı məhz türk dilində etməsi izləyicilərin diqqətçini çəkib, təqdir edilib.

 

“Bartının Amasra bölgəsində mədəndə partlayışın baş verməsi xəbərini dərin kədərlə öyrəndim. Həlak olanların qohumlarına və yaxınlarına başsağlığımı çatdırıram, yaralıların isə tezliklə sağalmasını diləyirəm”, - deyə Zelenski qeyd edib.

 

Xatırladaq ki, dünən Bartında axşam saatlarında baş verən hadisə nəticəsində 28 nəfər həlak olub. Hazırda 15 işçinin xilas edilməsi istiqamətində işlər davam etdirilir. Xilas edilən 58 mədənçinin 11-nin isə xəstəxanalarda müalicəsi davam edir.


OXŞAR XƏBƏRLƏR

Tramp Putini çıxdaş edir? - ABŞ-nin yeni MƏQSƏDİ

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar layihəsini dəstəklədiyini və bu istiqamətdə konkret addımlar atmağa hazır olduğunu bildirib. Uk...

Müəllimlərin sertifikasiya imtahanının tarixi niyə açıqlanmır?

Azərbaycanda yay aylarında müəllimlərin növbəti sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulub. Sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika ...

İngiltərə və Rusiya qələbəni fərqli qeyd edəcək - Ukrayna artıq yerini müəyyənləşdirib

İkinci Dünya müharibəsində Avropada qələbənin 80-ci ildönümü münasibətilə İngiltərədə genişmiqyaslı hərbi parad və anım mərasimləri keçiriləcək.  Kral III...

Uşaqlara verilməsi qadağan olunan tərəvəzlər - XƏBƏRDARLIQ

Əksər tərəvəzlər böyüyən uşaq orqanizmi üçün son dərəcə faydalı olsa da, bəzi istisnalar da var. Pediatrlar və diyetoloqlar böyüklər üçün çox faydalı və məşhur ...

Mask öz şəhərini qurdu - Starbase artıq mövcuddur - FOTO

ABŞ-nin Texas ştatında keçirilən referendum nəticəsində İlon Maskın uzun müddətdir planlaşdırdığı Starbase adlı yeni şəhərin yaradılması rəsmiləşib. Səsvermədə ...

“Ukraynanın Kurska hücum edəcəyini bilirdik” - Aleksandr Sladkov

Rusiya Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu haqqında öncədən məlumatlı olub.  Sfera.az “Lenta.ru”yə istinadən xəbər verir k...