"Onlar məni 100 dəfə söysünlər, təsir eləmir" - Deputat

"Hansısa sosial şəbəkənin bağlanmasının tərəfdarı deyiləm. Məni də tənqid edirlər, bəzən təhqirə keçirlər".

 

Sfera.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında deputat Tahir Rzayev sosial şəbəkələr haqqında qanun layihəsinin hazırlanması ilə bağlı səsləndirilən təkliflərə münasibət bildirərkən deyib.

 

O bildirib ki, hər bir insan sözünün ağası olmalıdır, real danışmalıdır: "Biz nədən ağa qara deməliyik? Bəzi nankorlar Vətən müharibəsində qazandığımız uğuru etiraf etmirlər. Azərbaycan Ordusu möhtəşəm qələbə qazanıb, 300-ə yaxın kənd və şəhər işğaldan azad olunub. Bunu inkar edənlər məni 100 dəfə söysünlər, təsir eləmir. Ağlı olan adam başqasını təhqir etməz. Baxırsan, cəmiyyət haqqında mənfi fikirlər yayırlar. Ziyalıları, alimləri, deputatları, məmurları təhqir edirlər. Yaxşı, bu ölkədə saf adam qalmadı? Bu, azərbaycanlı olaraq bizə yaraşan xüsusiyyət deyil. Ümumiyyətlə, insan söyüşlə danışmaz. Nöqsanlarımızı deyək, amma hər şeyə qara yaxmayaq".


OXŞAR XƏBƏRLƏR

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - VİDEO

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.   Sfera.az-ın məlumatına görə, Balaşov Famil Adil oğlu idarə etdiyi “V...

Sabah bu ərazilərdə işıq olmayacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 11-də yenidən...

Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi

Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ...

Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan liderlərinin iyulun 10-da Əbu-Dabidə baş tutan görüşünü dəstəklədiyini bildirib.   Sfera.az xəbər ...

Prezidentin BƏƏ səfərindən- GÖRÜNTÜLƏR

Azərbaycan Prezidenti İlham Əliyevin “X” sosial şəbəkəsi hesabında dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ilə bağlı paylaşım ...

Taksi sürücüləri SİMA ilə təsdiqlənəcək!

Taksilərdə ən çox rast gəlinən problemlərdən biri tətbiqdə göstərilən avtomobil və sürücüdən fərqli birinin sifarişə gəlməsi idi.   Bu, xüsusilə uşaq...