“007” ləqəbli erməni komandiri “Yaşma” belə yox etdi - FOTO

“007” ləqəbli erməni komandiri “Yaşma” belə yox etdi - FOTO

Bu gün İrəvan küçələrində bir qrup şəxs Ermənistanın “milli qəhrəmanı”, 44 günlük müharibənin iştrakçısı Vahaqn Asateryanın ölüm gününü qeyd edir. Bu adam ermənilər üçün “müharibənin simvolu” kimi də qəbul olunurdu. Ermənistanın 44 günlük müharibə dövründə “uğurlu hərbi əməliyyatları”nın arxasında məhz o dururdu. Onu heç kim öldürə bilmirdi, amma Azərbaycanın “Yaşma” adlanan xüsusi təyinatlı dəstəsi onu bir neçə günə yox edə bildi.

 

Sfera.az xəbər verir ki, bu sözləri Asateryanın qohumu Sima Petrosyan erməni mətbuatına açıqlamasında deyib.

 

“Vahaqn ölməz idi. Onun haqında sağlığında belə rəvayətlər gəzirdi. Çox cəld və məntiqli olduğundan hərbidə ona “Agent 007” deyirdilər. Onunla son olaraq Hadrudda olarkən danışdım. O dedi ki, Hadruda Azərbaycanın “Yaşma” adlanan xüsusi təyinatlı dəstəsi girib və vəziyyətin pis olduğunu dedi. Bir neçə saat sonra isə Vahaqnın öldürüldüyünü mənə bildirdilər. Dedilər ki, onu dron güdüb, yeri müəyyən edilib, sonra isə “Yaşma” işə başlayıb. Vahaqn böyük bir dəstənin komandiri idi. Onu hamı qorumağa çalışsa da, “Yaşma” onu tapıb öldürə bildi”, - deyə o qeyd edib.

(Axar.az)

 


OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...