Azərbaycan yeni güc mərkəzinin əsas oyunçusu ola bilər - Fraqmental dünyaya keçid

Azərbaycan yeni güc mərkəzinin əsas oyunçusu ola bilər - Fraqmental dünyaya keçid

Orta Asiyanın türk respublikaları yaxın zamanda dünya siyasətinin mərkəzlərindən birinə çevriləcək. Dünyanın iqtisadi inkişafının “mühərriki” Asiyaya, Çinə, Hindistana və hər iki dövlətin orbitində olan ölkələrə keçib-keçir, yaxın 20 ildə iqtisadi mərkəz məhz Hind-Sakit okean hövzəsi olacaq.

 

Sfera.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

 

O bildirib ki, yeni modeldə Orta Asiyanın türk respublikalarının üzərinə böyük rol düşür - onlar körpü, müxtəlif fraqmental lider ölkələr arasında bufer zona rolunda olacaqlar:

 

“Həmin ölkələri həm də Rusiyanın gələcək fiaskosuna hazırlamaq lazımdır. Əslində bütün dünya bu gün postputin, zəifləmiş Rusiya dönəminə hazırlaşır, ölkələr onilliklərə hesablanmış "vizion" qurur.

 

Yeni dünyada türk cümhuriyyətlərinin unikal rolunun olması üçün öz aralarında sıx inteqrasiya bağlarının, əsas da dövlətlərarası koordinasiya institutlarının yadadılması çox önəmlidir".

 

İqtisadçı ekspert  qeyd edib ki, bu missiyada Azərbaycanın unikal mövqeyi ola bilər:

 

"Orta Asiya türk respublikalarına biz Türkiyədən “bir köynək” daha yaxınıq. Türkiyə vacib, önəmli, güclü “oyun qurucu” rolunu gücləndirməli, Azərbaycan isə Orta Asiyanı Türkiyəyə, eləcə də dünyaya bağlayacaq strateji körpü olmalıdır. Azərbaycan Xəzərin o tayında böyük “yumşaq gücə” malikdir, biz bunu ölkədə yaşayaraq anlamasaq da, Xəzərin o tayı bizə Avropa kimi baxır, bizi Avropa sayır - bunu doğru dəyərləndirməliyik.

 

Hər şey çox tez dəyişir-dəyişəcək, qlobal dünyadan fraqmental dünyaya keçid baş verir, bu yeni formatda Türkiyə fraqmental dünyanın yeni regional güc mərkəzi, Azərbaycan isə bu yeni güc mərkəzinin əsas oyunçusu ola bilər.

 

Bunun üçün Türk Dövlətləri Birliyinin (TDB) işlək koordinasiya institutları yaranmalıdır, TDB ərazi olaraq böyük bir coğrafiyadır, əhali olaraq 160 mln.-luq bazardır - bu qurum öz gücünü və nüfuzunu dəqiq hesablaya, doğru dəyərləndirib düzgün strategiya qura bilsə, gələcək fraqmental dünyanın əsas oyun qurucularından biri olacaq.

 

Orxan,

Sfera.az

 

 

 


OXŞAR XƏBƏRLƏR

Xalq artisti Ənvər Həsənovun dəfn yeri MƏLUM OLDU

Ötən gün axşam saatlarında vəfat edən Xalq artisti Ənvər Həsənov bu gün torpağa tapşırılacaq.   Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları məl...

ABŞ-də tornado nəticəsinə ölənlərin sayı 36-ya çatdı

ABŞ-nin bir neçə ştatını vuran qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb.   Sfera.az xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp Truth ...

40 alpinistin gözü qarşısında faciəli şəkildə vəfat edən Devid Şarpın hekayəsi

Everest dünyanın ən yüksək zirvəsi və eyni zamanda ən təhlükəli dağlarından biri kimi tanınır. Zirvəyə çatmaq üçün tələb olunan fiziki dözümlə yanaşı, həddindən...

YUĞ-da nə baş verib? - Teatr üzr istədi

Azərbaycan Dövlət YUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşası yarımçıq dayandırılıb.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, ...

Nazirlik Xalq artistinin ölümü ilə bağlı nekroloq yaydı

Xalq artisti Ənvər Həsənovun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.   Sfera.az xəbər v...

Paşinyan Makronla sülh müqaviləsindən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.   Sfera.az xəbər verir ki, bu haqda “Sputni...