Kissincerin memarı olduğu əlaqələr bitə bilər: Çin və ABŞ Tayvana görə...

Kissincerin memarı olduğu əlaqələr bitə bilər: Çin və ABŞ Tayvana görə...

“ABŞ-ın keçmiş dövlət katibi və tanınmış siyasi eksperti 99 yaşlı Henri Kissincer vaxtilə ABŞ-la Çin arasında əlaqələrin memarı olub. ABŞ İkinci Dünya müharibəsindən sonra Çində kommunist hakimiyyətini tanımamışdı. Vaşinqton bunun əvəzinə Tayvan adasında yerləşən Çin rejiminə müxalif qüvvələri tanımışdı. Ancaq kommunist Çin onilliklər ərzində gücləndi və Henri Kissincer ABŞ-ın o zamankı prezidentinə anlatdı ki, Pekinlə əlaqə qurmaq lazımdır. İki ölkə arasında qarşılıqlı səfərlər reallaşdı və siyasi təmasların, o cümlədən iqtisadi əlaqələrin əsası qoyuldu”.  

 

Sfera.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

 

Onun sözlərinə görə, hazırda iki ölkə arasında münasibətlər gərgindir və Henri Kissincer narahatdır ki, ABŞ-la Çin Tayvan adasına görə, müharibəyə başlaya bilərlər:

 

“ABŞ Prezidenti Co Bayden noyabrda İndoneziyada “böyük iyirmilərin” toplantısı çərçivəsində Çin lideri Si Cinpinlə görüşəcək. Kissincer ümid edir ki, bu görüş iki ölkə arasında gərginliyi nisbətən azalda bilər.Henri Kissincer hesab edir ki, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsindən narahatdır və bu müharibəyə görə, ABŞ-la münasibətləri daha da gərginləşdirmək istəmir. Vaşinqton isə istəyir ki, Pekin, ümumiyyətlə, Kremli dəstəkləməsin. Ancaq bunu reallaşdırmaq çətindir. Pekin Moskva ilə strateji tərəfdaşlıqdan imtina etməyəcək. Buna baxmayaraq, Rusiyanın Ukraynaya qarşı müharibəni dayandırmasını arzulayır. Çünki Rusiya-Ukrayna müharibəsi yeni “soyuq müharibəyə” şərait yaradır. Pekin “soyuq müharibə” səbəbindən Qərblə iqtisadi əlaqələrinin zəifləməsini və regional layihələrinin təhlükə altına düşməsini istəmir”.  


Turan Rzayev,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

ABŞ-də tornado nəticəsinə ölənlərin sayı 36-ya çatdı

ABŞ-nin bir neçə ştatını vuran qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb.   Sfera.az xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp Truth ...

40 alpinistin gözü qarşısında faciəli şəkildə vəfat edən Devid Şarpın hekayəsi

Everest dünyanın ən yüksək zirvəsi və eyni zamanda ən təhlükəli dağlarından biri kimi tanınır. Zirvəyə çatmaq üçün tələb olunan fiziki dözümlə yanaşı, həddindən...

YUĞ-da nə baş verib? - Teatr üzr istədi

Azərbaycan Dövlət YUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşası yarımçıq dayandırılıb.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, ...

Nazirlik Xalq artistinin ölümü ilə bağlı nekroloq yaydı

Xalq artisti Ənvər Həsənovun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.   Sfera.az xəbər v...

Paşinyan Makronla sülh müqaviləsindən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.   Sfera.az xəbər verir ki, bu haqda “Sputni...

Ramazan ayı dələduzların gəlir mənbəyinə çevrilib - XƏBƏRDARLIQ

Kiberdələduzlar indi də "Ramazan ayı" kampaniyası adı ilə vətəndaşları aldadırlar.   Sfera.az Xəzər TV-yə istinadən məlumat verir ki, son g...