Türkiyə səfirliyi: “Gəncədəki raket hücumunu unutmamışıq”

Siyasət
14:30 / 11.10.2022
6824
Türkiyənin Azərbaycandakı səfirliyi Gəncə terroru ilə bağlı başsağlığı verib.
Sfera.az-ın məlumatına görə, diplomatik nümayəndəlik bununla bağlı “Twitter” hesabında paylaşım edib.
“Bundan düz iki il əvvəl Ermənistanın humanitar atəşkəs rejimini pozaraq 10 günahsız dinc sakinin ölümü ilə nəticələnən Gəncədəki raket hücumunu unutmamışıq. Hücum zamanı həlak olan azərbaycanlı bacı-qardaşlarımıza Allahdan rəhmət diləyirik”, - deyə paylaşımda qeyd edilib.