"Onlar hökumət nümayəndələrini, deputatları təhqir edirlər" - Siyavuş Novruzov

“Avropada anti-Azərbaycan mövqeyində olan şəxslər var. Onlar insanları təhqir edir, şərəf və ləyaqətini alçadırlar”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

Deputat bildirib ki, Azərbaycan qoşulduğu konvensiyalarda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir, digər ölkələr isə bunu etmir:

Halbuki bir sıra ölkələrdə baş verən hadisələrlə əlaqəli dərhal qərar çıxarırlar. Azərbaycan gəldikdə isə beynəlxalq hüquq yaddan çıxır, digər məsələləri irəli sürməyə başlayırlar. Azərbaycanın öhdəliyi yadlarına düşsə də, özlərinin öhdəliyini unudurlar. Avropada anti-Azərbaycan mövqeyindən çıxış edənlər insanları təhqir edib şərəf və ləyaqəltərini aşağılayırlar. Onlar hökumət nümayəndələrini, deputatları təhqir edirlər. Bu kimi şəxslərə qarşı da nəsə məsələ qaldırılanda dözümlülük göstərin deyirlər. Bundan başqa, heç bir siyasi fəaliyyətlə məşğul olmayanlara sığınacaq verənlərə niyə etiraz edilmir?! Gələcəkdə belə konvensiyalara qoşulanda müəyyən şərtlər də ortaya qoyulmalıdır ki, hamı bərabər hüquqlu olsun”.(unikal)


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...