Rusiya səfiri Polşa XİN-ə çağırıldı
Kateqoriya məlum deyil
Polşa Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevi Xarici İşlər Nazirliyinə çağırıb.
Sfera.az xəbər verir ki, bu barədə Polşa xarici işlər nazirinin müavini Marcin Przydacz bildirib.
O qeyd edib ki, görüş zamanı rus səfirə sentyabrın 23-27-də Ukraynanın Luqansk, Donetsk, Zaporojya və Xerson vilayətlərində keçirilən “qondarma referendum”la bu bölgələrin Rusiyaya birləşdirilməsi ilə bağlı Polşanın mövqeyi çatdırılıb.
Turan Rzayev,
Sfera.az






