Logo

"Rədd edirik!" - Türkiyədən Rusiyaya SƏRT REAKSİYA

"Rədd edirik!" - Türkiyədən Rusiyaya SƏRT REAKSİYA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Rusiya tərəfindən Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ilhaq edilməsi barədə qərarını rədd edirik”.

Sfera.az xəbər verir ki, bu barədə məlumat Türkiyə XİN-in yaydığı bəyanatda yer alıb.

“Beynəlxalq hüququn müəyyən edilmiş prinsiplərinin kobud şəkildə pozulması halı olan bu qərarın tərəfimizdən qəbul edilməsi mümkün deyil”, - deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, sentyabrın 23-dən 27-nə qədər “Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” keçirilib.

Sentyabrın 30-u isə Kremldə Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə sözügedən 4 vilayətin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı müqavilələr imzalanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR