Logo

"Onlar artıq bizim vətəndaşlarımızdır, Ukraynanı danışıqlara çağırıram" - PUTİN

"Onlar artıq bizim vətəndaşlarımızdır, Ukraynanı danışıqlara çağırıram" - PUTİN
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Prezidenti Putin Ukraynanı hərbi əməliyyatları dərhal dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb.

Sfera.az xəbər verir ki, o, bunu Böyük Kreml sarayında Ukraynanın dörd regionunun Rusiyaya birləşdirilməsinə həsr olunan mərasimdə çıxış edərkən deyib.

Putin Kiyevə və Qərbə müraciət edib: “DXR", "LXR", Zaporojye və Xerson vilayətlərinin əhalisi əbədi olaraq bizim vətəndaşlarımız olur. Kiyev rejimini dərhal hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırırıq. Rusiya Ukrayna ilə danışıqlara hazırdır. Kiyev "DXR", "LXR", Zaporojye və Xerson vilayətlərinin seçiminə hörmətlə yanaşmalıdır, yalnız bu, sülhə gedən yol ola bilər”

Putin Rusiyanın DXR, LPR, Zaporojye və Xerson vilayətlərinin təhlükəsizliyini təmin edəcəyini, infrastrukturun bərpasına kömək edəcəyini söyləyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR