Türkiyədən ABŞ-a SƏRT REAKSİYA: “Konkret addımlarla cavab verəcəyik!”

“ABŞ-ın bu qərarına konkret addımlarla cavab verəcəyik”.
Sfera.az bildirir ki, bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonun Kipr Rum rəhbərliyinə qarşı silah embarqosunu ləğv etmək qərarından danışarkən deyib.
O, fikirlərini bu cür davam etdirib: “Madam ki, adada gərginlik yaranmasını istəyirsiniz, biz də lazım olanı edəcəyik”.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti 2023-cü maliyyə ili üçün Kipr Rum rəhbərliyinə qarşı silah embarqosunu ləğv edib.
Vaşinqtonun beynəlxalq silah ticarəti qaydaları 2022-ci il oktyabrın 1-dən qüvvəyə minəcək. Bölgədəki silah yarışının qarşısını almaq və adadakı kiprli türklərlə yunanlar arasındakı münaqişənin sülh yolu ilə həll olunmasını təşviq etmək üçün ABŞ 1987-ci ildən bəri Cənubi Kiprə silah embarqosu tətbiq edirdi.
Türkan,
Sfera.az