Paşinyan Zelenskinin bacarmadığını edəcək? – “Mümkün deyil...”

Paşinyan Zelenskinin bacarmadığını edəcək? – “Mümkün deyil...”

“Ukrayna NATO-ya daxil ola bilmirsə, bunun bədəlini ağır ödəyirsə, bu, Ermənistan üçün daha pis nəticələrə səbəb ola bilər”

 

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistanın NATO-nu regiona gətirməsi və gərginliyi yenidən artırması cəhdlərini şərh edərkən deyib.

 

O, bildirib ki, Ermənistan niyyətini gerçəkləşdirmək üçün ilk öncə KTMT-dən çıxmalı, Rusiya ilə bütün əlaqələri kəsməlidir:

 

“Mövcud reallıqları nəzərə alsaq, bu mümkün deyil. Rusiyanın Ermənistan ərazisində dörd hərbi bazası var. Hətta bu dövlətin sərhədləri belə ruslar tərəfindən qorunur. Ermənistanda müəssisələrin böyük əksəriyyəti Rusiyaya olan borc müqabilində sahibkarlara satılıb. Ona görə də rəsmi İrəvanın Rusiya ilə əlaqələri kəsməsi, Qərbə inteqrasiya xəttini götürməsi və NATO -ya daxil olmaq üçün müraciət etməsi real deyil”.

 

Politoloqun sözlərinə görə, Qərb ölkələri Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasını istəyir:

 

“Əlbəttə, Qərb ölkələri bu kontekstdə Rusiyanı da bölgədən çıxarmağı planlaşdırır. Amma bunu həyata keçirmək real görünmür. Bir sözlə, Ermənistanın bölgəyə NATO-nu gətirmək xəyalları xəyal olaraq qalacaq və bu, reallaşmıyacaq”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR