Zelenski buna görə Ərdoğana TƏŞƏKKÜR ETDİ

Siyasət
17:08 / 29.09.2022
6369
"Bu gün bir daha Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xalqımızın Rusiya əsarətindən azad edilməsinə kömək etdiyinə görə təşəkkür etdim".
Sfera.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
"Türkiyədə “Azovstal”dan olan komandirlər yaxın vaxtlarda yaxınları ilə görüşə biləcəklər. Mövzu üzərində işləyirik", - Zelenski bildirib.
O, həmçinin Ərdoğanla müdafiə sahəsində daha geniş əməkdaşlığı müzakirə etdiklərini vurğulayıb.
Turan Rzayev,
Sfera.az