Logo

"Rusiya ilə münasibətlərimiz yaxşıdır, ancaq..." - Çavuşoğludan referenduma REAKSİYA

"Rusiya ilə münasibətlərimiz yaxşıdır, ancaq..." - Çavuşoğludan referenduma REAKSİYA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Biz Ukraynadakı "referendum"la bağlı açıqlama vermişik. Krımın qeyri-qanuni ilhaqını tanımadığımız kimi, "referendum"un nəticələrini tanımayacağıq”.

Sfera.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, rəsmi Ankaranın balanslı siyasət yürütdüyünü söyləyib:

“Rusiya ilə münasibətlərimiz yaxşıdır. Amma mövqeyimizi açıq bildiririk”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də Donetsk, Luqansk, Zaporojye və Xersonda “referendum” keçiriləcəyini bildirmişdi. Sentyabrın 23-dən 27-dək həmin ərazilərdə “səsvermə” təşkil olunub. Britaniya kəşfiyyatının məlumatına görə, sabah Putin səsvermənin nəticələri barədə parlamentdə çıxış edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR