“Putin Rusiyası uçuruma yuvarlanır və getdikcə…” – Açıqlama

“Putin Rusiyası uçuruma yuvarlanır və getdikcə…” – Açıqlama

Rusiya prezidenti Vladimir Putinin “qismən səfərbərlik” qərarından sonra Rusiya xaosa qərq olub, qərar etiraz və silahlı basqınlarla nəticələnib. İddia edilir ki, Putin bu qərarla əslində  öz hakimiyyətini təhlükə qarşısında qoyub və iddialara görə, Rusiya lideri həm də bu fərmanı imzalamağa vadar edilib.

 

Maraqlıdır, səslənən iddialar nə dərəcədə realdır? Bu addımı onun hakimiyyətinin sonunu gətirə bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, Putinin “qismən səfərbərlik” elan etməsi zərurətdən yarandı və bu sərəncam Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarda onun çox ciddi problemlərlə üzləşməsindən xəbər verir:

 

“Kreml mövcud şərait daxilində döyüşü davam etdirmək və az qala bütün dünyanın arxasında dayandığı Ukrayna silahlı qüvvələrinə qalib gəlmək iqtidarında olmadığını başa düşdü. Deməli, istənilən halda Putin səfərbərlik haqqında sərəncamı məcburiyyət qarşısında imzalayıb və bu sərəncamla ölkə daxilində ciddi çaxnaşmaya səbəb olacağının fərqində idi. Sərəncam Putin hakimiyyətini təhlükəyə atıb, amma bu qərar verilməsəydi və döyüş cəbhəsində vuruşan silahlı qüvvələrin sayı artırılmasaydı, Putin və onun hakimiyyətinə daha ciddi təhlükə yaranardı. Vladimirin  bu qərarı qəbul etməsinin heç də asan olmadığı göz qabağındadır. Lakin o, Ukrayna ilə müharibəyə qərar verdiyi andan özünü və Rusiyanı təhlükə içinə atıb”.

 

Müsahibimiz qeyd edib ki, indi bu vəziyyətdən çıxış yolu bəlkə də yoxdur:

 

“Putin sona qədər müharibəni aparmaq məcburiyyətindədir. “Qismən səfərbərlik” haqqında sərəncamdan sonra ona uyğun daha ciddi tədbirlərin gələcəyi şübhəsizdir. Çünki bu qərar da qarşıda qoyulan vəzifəni yerinə yetirə bilməyəcək. Növbədə Ukraynaya qarşı böyükhəcmli müharibənin elanı və tam səfərbərlik istiqamətində görüləcək tədbirlər var. Bu tədbirlərin hamısı Putin hakimiyyətinə vurulan zərbə olacaq. Bu hakimiyyətin sonunun nə zaman və nəyin vasitəsi ilə gələcəyini  proqnozlaşdırmaq çox çətindir. Görünən budur ki, Rusiya getdikcə uçuruma yuvarlanır və özü ilə dünyanın çox böyük bir hissəsini də aparır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...