Nikolay Patruşev oğlunu prezident kürsüsünə gətirir? – Kremldə iç savaşı başladı

Nikolay Patruşev oğlunu prezident kürsüsünə gətirir? – Kremldə iç savaşı başladı

“Bölgə qaynayır - Rusiya, İran, Çin və bu, hələ başlanğıcdır”.

Sfera.az bildirir ki, bunu politoloq Ərəstun Oruclu deyib. O qeyd edib ki, ən qorxulusu Rusiyanın taktiki nüvə silahından istifadə edə biləcəyi barədə söhbətlərin artmasıdır:

 

“Sanki insanları buna hazırlayırlar. Amma burda da təsəlli verəcək bir məqam var: Rusiya ordusu Baş Qərargahının generalları artıq gələcəyə baxırlar. Gələcəyə baxanlar isə etdiklərindən daha ağır cinayətlər törədib, əlavə məsuliyyət götürmək istəməzlər. Ən azı məntiq belə deyir. Rusiyalı analitiklərin dediklərinə inansaq, gələcək hakimiyyət uğrunda savaş ordu ilə Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevin şərti olaraq “FSB komandası” adlanan qrupu arasında gedir”.

 

Ekspert bildirib ki, Patruşev oğlunu növbəti prezident kimi görür:

VARİSLƏR KARYERA PİLLƏSİNDƏ NECƏ YÜKSƏLİR?- » Yenixeber.org - Oxu, xəbərin  olsun

“Rusiya ordusunun təklifi əsasında Putinin qərarı ilə elan olunmuş biabırçı səfərbərlik sırf siyasi aksiyadır və prezidentin tam nüfuzdan salınmasına hesablanıb. Təbii ki, Kremlin sahibi də bunu anlayır. Amma görünür, müqavimət göstərmək imkanı da durmadan azalmaqdadır.

 

Bir sıra Rusiya mənbələri bildirir ki, Nikolay Patruşev hakimiyyət dəyişikliyi ilə bağlı artıq bir neçə xarici güclərlə danışıq aparır. Onların arasında Çin, ABŞ və Türkiyənin olduğu deyilir. Hər bir halda, Putinin Ukraynaya qarşı başlatdığı müharibənin artıq Moskvadakı dövlət kabinetlərinə çatdığı şübhə doğurmur. Elə əvvəldən gözlənilən də bu idi”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...