“Azərbaycan Yunanıstana rəsmi xəbərdarlıq etməlidir…” - Açıqlama

“Azərbaycan Yunanıstana rəsmi xəbərdarlıq etməlidir…” - Açıqlama

“Yunanıstan 1997-ci ildə bağlanmış müqaviləyə əsasən, Ermənistana hərbi təlimatçılarını göndərir və ikitərəfli hərbi yardım edilməsini müzakirə edirlər”.

 

Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, Yunanıstanın bu addımı məhz Türkiyə faktoruna görə etdiyini vurğulayıb:

 

“Amma baş verənlər Ermənistanın əleyhinə işləyəcək. Yunanıstanın xarici işlər naziri Ermənistana səfər edib, ikitərəfli siyasi əlaqələr müzakirə ediləcək.  Ermənistan Yunanıstandan ABŞ silahlarının ölkəsinə idxalında maraqlıdır. Yunanıstanın belə silahları Ermənistana ötürməsi də istisna deyil. Bu ölkə hazırkı siyasəti ilə regionda sülhə və təhlükəsizliyə zərbə vurur. Türkiyə, Ermənistan və Azərbaycan əlaqələrinin normallaşmasına qarşı addımlar atır”.

 

Ekspert qeyd edib ki, Yunanıstan Ermənistana hərbi dəstək olacaqsa, Azərbaycan Şimali Kipr Türk Respublikasını rəsmən tanımalı və bu ölkəyə qaz verilişini dayandırmalıdır:

 

“Yunanıstan həm qardaş Türkiyəyə, həm də Azərbaycana qarşı cəbhədə fəal iştirak edir. Lakin Azərbaycan-Türkiyə tandemi Ermənistan-Yunanıstan iş birliyinə qalib gələcək. Biz Yunanıstana rəsmi xəbərdarlıq etməliyik”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR