“Bu olarsa, Cənubi Azərbaycanı ayağa qaldırmalıyıq” - Politoloq

“Bu olarsa, Cənubi Azərbaycanı ayağa qaldırmalıyıq” - Politoloq

“İranın Rusiyaya verdiyi kamikadze dronlar və PUA-lar Ukraynada Rusiyanın hərbi üstünlük qazanmasına gətirib çıxarmayacaq, amma itkilərə səbəb olacaq”.

 

Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Ukraynanın məsələni beynəlxalq birliyin nəzərinə çatdırması isə Tehrana qarşı sanksiyaları genişləndirəcək:

 

Nəticədə İranla nüvə sazişi bağlanmayacaq, həmçinin ölkə daxilində etirazlara dəstək veriləcək. Digər tərəfdən, İran Rusiyaya hərbi yardım edəcəksə, ABŞ-ın razılığı ilə İsrail bu ölkənin nüvə obyektlərinə hücum edə bilər. Tehran Qərbə qarşı Rusiya ilə real cəbhədə yer alıb. Bu, İran üçün ciddi fəsadlara yol açacaq. Həm Suriyada, həm də İraqda İranın hərbi bazalarına qarşı hücumlar təşkil ediləcək”.

 

Ekspert əlavə edib ki, İran Cənubi Qafqazda işğalçı Ermənistanı da dəstəkləyir:

 

“Bu baxımdan, İran Ermənistana da  kamikadze dronlar və PUA verə bilər. Əgər bu olarsa, Azərbaycan Cənubi Azərbaycanı ayağa qaldırmalı, rəsmən oradakı soydaşlarmızı dəstəkləməlidir”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR