“Paşinyanın bu ittihamları...” - Açıqlama

“Paşinyanın bu ittihamları...” - Açıqlama

“Paşinyanın Azərbaycana qarşı ittihamları regiona sülh və sabitlik gətirməyəcək”.

 

Sfera.az bildirir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistan baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasındakı çıxışından danışarkən deyib. O, Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətindən əl çəkmədiyini vurğulayıb:

 

"Sadalayacağım faktlar da sübut edir ki, Paşinyan ölkəmiz əleyhinə əsassız iddialar irəli sürür:

 

1. Ermənistan 1993-2020-ci illərdə Azərbaycan torpaqlarını işğal edib və bu fakt Avropa İnsan Haqları Məhkəməsi tərəfindən 2015-ci ildə bir daha təsdiqlənib.

 

2. Bu ölkə hələ də Azərbaycanın Qazax rayonunun 7 kəndini nəzarət altında saxlayır.

 

3. Ermənistan Konstitusiyasında bu ölkənin parlamentinin "Dağlıq Qarabağ"ın Ermənistana birləşdiriməsinə dair 1 dekabr 1989-cu il tarixli qərarına istinad edən bənd mövcuddur.

 

4. Bu ölkə hələ də Qarabağı Azərbaycan ərazisi kimi tanımayıb.

 

5. Ermənistan tərəfi bu yaxınlara qədər etiraf edib ki, hələ də bu ölkənin Azərbaycan ərazisində, daha dəqiq desək, Qarabağ bölgəsində qoşunları yerləşir.

 

6. Ermənistanda Azərbaycana məxsus mədəni irs yer üzərindən silinib, Qarabağda isə kütləvi şəkildə məhv edilib”.

 

F.Şəfiyev qeyd edib ki,  bölgədə söz sahibi məhz region ölkələri - Azərbaycan, Ermənistan və Gürcüstan olmalıdır və bu, yeganə həll yoludur.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Sahibə Qafarova TBMM sədrinə başsağlığı verdi

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuşa TBMM-in sədr müavini Sırrı Sürəyya Öndərin vəfatı ilə əlaqəda...

Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Mayın 5-də gözlənilən hava şəraiti açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətindən S...

"Nüşabə Ələsgərli övladlarına xarici ölkələrdə ev alıb"

"Şou-biznesdə varlılar çoxdur. Deyilənlərə görə, ən varlısı Nüşabə Ələsgərlidir. İndi gəlib mənimlə dalaşacaq".   Sfera.az xəbər verir ki, ...

Rusiya prezidenti: “Ukrayna ilə barışıq qaçılmazdır”

“Ukrayna ilə barışıq qaçılmazdır və bu zaman məsələsidir”.   Sfera.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Ross...

FAKTİKİ HAVA: Bakıda küləyin sürəti güclənib

Milli Hidrometeorologiya Xidmətinin mayın 4-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində küləkli və yağışlı hava şəraiti davam edir, b...

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: May ayının bu günlərində...

May ayında Günəş fəallığının artması səbəbindən Yer kürəsində bir neçə maqnit qasırğası qeydə alınacaq.   Proqnozlara əsasən, bu hadisələr mayın müxt...