Logo

Yaqub Eyyubov Paşinyanın müavini ilə sərhəddəki vəziyyətdən DANIŞDI

Yaqub Eyyubov Paşinyanın müavini ilə sərhəddəki vəziyyətdən DANIŞDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Azərbaycan Baş nazirinin müavini Yaqub Eyyubovla Moskvada MDB İqtisadi Şurasının 95-ci iclası çərçivəsində qısa danışıq aparıb.

Sfera.az xəbər verir ki, bu barədə Mqer Qriqoryanın ofisindən “Sputnik Armenia”ya bildirilib.

“Bir neçə dəqiqə ayaqüstə davam edən söhbət qeyri-rəsmi formatda və Ermənistan-Azərbaycan sərhədində baş verən son hərbi toqquşmalar mövzusunda aparılıb”, - Qriqoryanın ofisindən deyilib.

***

14:38

Azərbaycan Baş nazirinin müavini Yaqub Eyyubovla Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan ayaqüstü söhbət ediblər.

APA-nın Moskva müxbiri xəbər verir ki, Yaqub Eyyubov və Mqer Qriqoryanın söhbəti Moskvada MDB İqtisadiyyat Şurasının iclası çərçivəsində baş tutub.

MDB İqtisadiyyat Şurasının məhdud formatda keçirilən iclasından sonra fasilə zamanı Yaqub Eyyubov və Mqer Qriqoryan təxminən 4 dəqiqə ayaqüstü söhbət aparıblar.

Daha sonra Baş nazir müavinləri MDB İqtisadiyyat Şurasının geniş tərkibdə iclasında iştirak ediblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR