Putinin son açıqlaması gərginliyi ARTIRDI: Britaniyadan SƏRT REAKSİYA

Siyasət
11:53 / 21.09.2022
11936
Rusiya Prezidenti Vladimir Putinin “qismən səfərbərlik” qərarına ilk reaksiya Böyük Britaniyadan gəlib.
Sfera.az bildirir ki, Britaniya xarici işlər nazirliyinin dövlət katibi Gillian Kiqan Putinin son açıqlaması barədə danışıb.
O, Rusiya Prezidentini tarixi yenidən yazmaqda ittiham edib. Putinin ifadə tərzinin narahatverici olduğunu vurğulayan Kiqan Rusiya liderini öz mediasından kənara çıxmağa çağırıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bu səhər xalqa müraciətində “Mən Qərbə deyirəm, bizim istifadə edəcəyimiz çoxlu silahlarımız var, bu blef deyil” deyə söyləyib.
Günay Rəsulqızı,
Sfera.az