“Dünya Putinin bu çılğınlığına tamaşa etməyəcək” –   NATO müharibəyə qoşulur?

“Dünya Putinin bu çılğınlığına tamaşa etməyəcək” –   NATO müharibəyə qoşulur?

“Taktiki nüvə silahının tətbiqi vəziyyəti Rusiyanın xeyrinə kökündən dəyişə bilməz, əksinə, onun iflasını sürətləndirər”.

Sfera.az bildirir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib. O qeyd edib ki, taktiki nüvə yalnız tətbiq olunduğu istiqamətdə Ukraynanın hücumunun qarşısını kəsə bilər, ümumilikdə Ukrayna ordusunu dayandıra bilməz:

 

“Digər tərəfdən hərbi əməliyyatlar məskun mahalda gedir və Rusiya nüvə atmaqla dünyanın gözü qarşısında insanlığa qarşı ağır cinayət törətmiş olacaq. Nəticədə indiyədək tərəfsiz qalan Çin və Hindistan kimi önəmli güc mərkəzlərini də özünə qarşı çevirmiş olacaq. Bu ölkələrin liderləri Si və Modi Səmərqənddə Putini müharibəni tezliklə dayandıraraq masaya oturmağa çağırdılar. Nüvə tətbiqindən sonra əgər Ukrayna rəhbərliyində Rusiya ilə masaya oturmağı gözə alacaq dərəcədə cəsur adam tapılarsa, bu, bəşər tarixinin ən sensasion olayı olar. Belə bir vəziyyətin yaranması Rusiyanın azsaylı yaxın tərəfdaşlarına da lazım deyil. Həmçinin Rusiyanın bu çılğınlığı heç şübhəsiz ki, Ukraynaya hərbi dəstəyin miqyasını birə on, birə yüz artıracaq. Ukraynaya hər cür modern silah sistemləri veriləcək, bütün Qərb hərbi sənayesi Ukraynaya işləyəcək”.

 

Ekspert bildirib ki, heç kim Rusiyanın rahatlıqla nüvə silahı tətbiq etməsinə tamaşa etməyəcək:

 

“Putinin zərrə qədər də qanuni əsas olmadan nüvə silahından istifadəsi ABŞ və NATO tərəfindən cavabsız qala bilməz. Bu, o demək olar ki, onlar yeni dünya düzəninin şərtlərini  Putinin diktə etməsini qəbul etmiş olurlar: həm də nə vaxt - Putin rejiminin ən zəifləmiş və çöküş mərhələsinə girmiş anında. Qərbin cavabı əks  nüvə zərbəsi olmaya da bilər. Məsələn, NATO heç quru qoşunları göndərmədən Ukrayna ərazisindəki rus ordusunu raket-aviasiya zərbələri ilə qısa müddətdə məhv etmək gücündədir. Yəni Rusiyanın nüvə zərbəsi NATO-nu müharibəyə cəlb edəcək. Lakin elə buradaca sual meydana çıxır: bəlkə elə Putinin məqsədi də budur? Ukraynaya məğlub olmağın dözülməz rüsvayçılığı əvəzinə, NATO-ya məğlub olmaq daha məqbul variant olardı. Ukraynaya məğlub olmaq Putin rejimi üçün qaçılmaz çöküş vəd edirsə, NATO kimi qüdrətli düşmənə məğlub olmaq qismən də olsa sifətini qoruyaraq bir müddət içə qapanıb, yaraları sarımağa şərait yarada bilər. İstənilən halda, Rusiya bu müharibənin məğlub tərəfidir”.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində “Ərazi bütövlüyümüzə təhdid olacağı təqdirdə nüvə silahından istifadə edəcəyik”, deyə söyləyib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

43 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iyunun 10-da dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı daha bir hərrac keçirəcək....

Növbəti iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti mayın 14-dən 15-i gün...

Türk aktrisa Londonda mühüm tədbirdən qovuldu - FOTO

Türkiyə əsilli televiziya ulduzu Ekin-Su Cülcüloğlu Londonda keçirilən BAFTA televiziya mükafatlandırma mərasimindən sonra rəsmi şam yeməyinə gizlicə daxil olma...

Fahriye Evcen 11 il sonra bunu etdi - FOTO

Ekranlardan bir müddət uzaq qalan məşhur aktrisa Fahriye Evcen sosial mediada nostaljik bir paylaşım ilə diqqətləri üzərinə çədib.   Sfera.az xə...

Magistratura imtahanının nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq ...

Quruculuq işləri ilə erməni vandallığının izləri də Qarabağdan silinir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin doğum gününü  gözəl Qarabağımızda qeyd etdilər. Bərpa-quruculuq iş...