Vaşinqtonun Azərbaycana qarşı “Babayan təxribatı” – Nə baş verir?

Vaşinqtonun Azərbaycana qarşı “Babayan təxribatı” – Nə baş verir?

Xankəndidəki separatçıların qondarma “xarici işlər naziri” David Babayan Vaşinqtona səfər edib və 25 sentyabra qədər orada qalacaq. Bu müddət ərzində Babayan Konqres binasında təşkil olunacaq məsləhətləşmələrdə iştirak edəcək, mediaya müsahibələr verəcək və s. 

 

Maraqlıdır, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvanda Azərbaycana qarşı səsləndirdiyi ittihamlar fonunda separatçının Konqres binasına “rəsmi şəxs” kimi daxil olması nədən xəbər verir?  ABŞ-ın Qarabağdakı separatizmə dəstəyi daha da intensivləşə bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki,  David Babayan və onun kimi tiplərin ABŞ-a səfəri və orada Prezident Administrasiyasının guya yüksək rütbəli şəxsləri ilə görüşü birinci dəfə deyil:

 

“Hər dəfə Azərbaycan Respublikasının diplomatik yollarla göndərdiyi sorğulara ABŞ-dan cavab veriblər ki, qondarma qurumun nümayəndələri orada rəsmi şəxslərlə deyil, elə özləri kimi qondarma tiplərlə görüşüb və bu adamlarla  aparılan müzakirələr zamanı ortaya qoyulan məsələlər ABŞ dövlətinin münasibətini ifadə etmir. Mən bu dəfə də ABŞ rəsmi dairələrindən buna oxşar cavab gözləyirəm. Amma Nensi Pelosinin İrəvana səfəri fonunda və Baydenin xarici siyasəti yetərincə nəzarətdə saxlaya bilməməsi ilə əlaqədar indi vəziyyət bir qədər mürəkkəbdir. ABŞ hakimiyyət orqanlarında dünyada baş verən geopolitik transformasiyalar nəticəsində və həm də Rusiya-Ukrayna müharibəsinin ortaya çıxardığı reallıqlarla əlaqədar ciddi bir xaos hökm sürür. Nümayəndələr Palatasının spikeri və digər rəsmi şəxslərlə münasibətdə nəzarəti itirib. Belə olmasaydı, Pelosinin Tayvan səfərinin prezidentin xəbəri olmadan həyata keçirildiyini müdafiə etməyə çalışmazdılar”.

 

Müsahibimiz qeyd edib ki, istənilən halda ABŞ-da son dövrlər Azərbaycanla münasibətdə sərgilənən siyasət tərəfimizdən sakitliklə qəbul edilə bilməz və biz torpaqlarımızın işğaldan azad olunması istiqamətində başladığımız işi davam etdirməliyik:

 

“Nə Pelosinin Ermənistana səfəri , nə də Babayan kimilərin ABŞ-da peyda olması bizi qarşıya qoyduğumuz məqsəddən geri döndərə bilməyəcək. Onların erməni tərəfinə yardımın gələcəkdə artırılması məsələsinə diqqət yetirdikdə, düşünürəm ki, heç nə vəd edildiyi kimi olmayacaq. Pelosi İrəvanda Ermənistan üçün qızıldan dağlar vəd edir. Amma bu vədləri reallığa çevirmək 80-dən yuxarı yaşı olan qadın siyasətçinin imkanları xaricindədir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR