Putin Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən DANIŞDI
Kateqoriya məlum deyil
“Hamımız Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən narahatıq".
Sfera.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammiti çərçivəsində baş tutan görüşü zamanı deyib.
"Sizə məlumat verdim dünən axşam Ermənistan Baş naziri Nikol Paşinyanla danışmışam. Gərginlik koordinasiyalı səylərlə nəhayət dayandırıldı, amma bildiyim qədər vəziyyət hələ də gərgin olaraq qalır. Sizinlə görüşməkdən və bütün bu məsələlər haqqında danışmaqdan çox şadam”, - deyə V.Putin bildirib.
Prezident İlham Əliyev də öz növbəsində vəziyyətin gərginləşməsinə verdiyi operativ reaksiyaya görə Vladimir Putinə təşəkkür edib.






