Qırğızıstan: "Tacikistan sərhədə ağır texnika toplayır, ərazimizi işğal etməyə çalışır"
Kateqoriya məlum deyil
Vəziyyətinin sabitləşdirilməsinə dair razılaşmaya baxmayaraq, Tacikistan Qırğızıstanla sərhəddə hərbi texnika cəmləyir.
Sfera.az xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
“Atəşin dayandırılmasına dair səylərə baxmayaraq, Tacikistan tərəfi sərhədə ağır texnika toplayır və arsenalındakı bütün silahlardan Qırğızıstan ərazisini atəşə tutaraq ərazimizi işğal etməyə çalışır”, - məlumatda deyilir.






