Cahid Bağçı Şuşadan görüntülər paylaşdı - FOTOLAR
Kateqoriya məlum deyil
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Şuşaya gedib.
Sfera.az xəbər verir ki, o bu barədə “Twitter” hesabında yazıb.
“Azad Şuşada səhər gəzintisi etməyinizi və Günəşin doğuşunu izləməyinizi tövsiyə edirəm”, - deyə türkiyəli diplomat Şuşadan fotolar paylaşıb.
Qeyd edək ki, Şuşada beynəlxalq Qarabağ Biznes Forumu keçirilir. Türk Dövlətləri Təşkilatı üzvlərinin iştirak etdikləri forumda Qarabağın bərpası, əməkdaşlıq, sərmayə, biznes və digər məsələlər müzakirə olunur.












