KTMT-nin dünənki iclasında nə baş verib? - \"Ordu göndərin...\"

KTMT-nin dünənki iclasında nə baş verib? - \

“KTMT-nin Ştab və Sekretariatının iştirakı ilə dünən baş tutan iclasda Azərbaycana və Türkiyəyə qarşı sərt fikirlər səsləndirilib”.

 

Sfera.az bildirir ki, bunu politoloq Zaur Məmmədov iddia edib. O, iclasda gizlədilən məqamlardan söz açıb:

 

“Rusiyanın KTMT-dəki daimi təmsilçisi Mikael Aqasandyan Azərbaycanın Türkiyə və guya NATO ilə birlikdə vəziyyəti gərginləşdirməsinə icazə verməyəcəklərini, o cümlədən bölgəyə hərbi kontingentin göndərilməsinin lazımlığını qeyd edib. Belarus nümayəndəsi Aqasandyanın fikri ilə razılaşıb”.

 

Politoloqun sözlərinə görə, bu məsələyə  Qazaxıstan, Qırğızıstan və Tacikistan etiraz edib:

 

“Deyilənləri birtərəfli fikir adlandıraraq bu cür qərara dəstək verməyəcəklərini deyəndən sonra Mərkəzi Asiya dövlətlərinin mövqeyi ortaq qərar kimi qəbul edilib”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR