“Türkiyəni “Yunanıstan bataqlığı”na salmaq istəyirlər” – Ukrayna ssenarisi təkrarlanır?

“Türkiyəni “Yunanıstan bataqlığı”na salmaq istəyirlər” – Ukrayna ssenarisi təkrarlanır?

Yunanıstanla Türkiyə arasındakı gərginliyin Ukrayna ssenarisi üzrə inkişaf edəcəyi haqda fikirlər var. Bəzi ekspertlər düşünür ki, Türkiyənin zəiflədilməsi üçün bu dəfə Yunanıstan qurban seçiləcək.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Afina ilə Ankara arasında gərginlikdə maraqlı olan qüvvələr var:

 

“Türkiyə rəsmiləri bununla bağlı dəfələrlə bəyanatlar səsləndiriblər. Hulusi Akarın dünənki açıqlamasında “kimlərsə Yunanıstanın qulağına nələrsə deyir” açıqlaması da bu baxımdan diqqət çəkir.  Tərəflər arasında ehtimal edilən savaş NATO daxilində parçalanmaya səbəb ola bilər. Alyansın digər üzvlərinin tərəf tutmalarından və ya səssiz qalmalarından asılı olmayaraq, bu, qurumun ruhuna uyğun gəlməyəcək. Əgər savaş başlayarsa, ən böyük günahkar NATO üzü olacaq. Alyans istəsə toqquşmanın qarşısını ala bilər.  Doğrudur, Türkiyənin xarici siyasət kursu, əldə etdiyi uğurlar bəzi Qərb dövlətlərini narahat edir. Onların rəsmi Ankaranı zəiflətmək barədə düşünmələri təbiidir. Amma Yunanıstanda Ukrayna ssenarisinin təkrarlana biləcəyi ağlabatan deyil”.

 

Müsahibimiz bildirib ki, Yunanıstanda Türkiyə üçün “bataqlıq” yaratmaq mümkün olmayacaq:

 

“Ehtimal edilən savaş zamanı Ankara həm hərbi, həm də siyasi cəhətdən təmkinli davranacaq. Qərb dövlətləri Yunanıstanı dəstəkləməyə cürət etməzlər. Bu, Türkiyə ilə diplomatik münasibətlərin kəsilməsi ilə nəticələnə bilər. Beləliklə, savaş başlayarsa, bundan ən çox zərər çəkən Qərb dövlətləri olacaq. Müharibə miqyasına, təsir dairəsinə görə daha böyük olacaq. Nəticə etibari ilə Yunanıstanda Ukrayna ssenarisinin təkrarlana biləcəyinə inanmıram. Dünya buna getməz”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...