Logo

İstanbulda atışmada yaralanan azərbaycanlıların adları AÇIQLANDI

İstanbulda atışmada yaralanan azərbaycanlıların adları AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İstanbulun Sarıyer rayonunda yerləşən Vadi İstanbul ticarət mərkəzində ötən gün axşam saat 8 radələrində naməlum qruplar arasında yaranmış silahlı münaqişədə dördü azərbaycanlı olmaqla 6 nəfər yaralanıb.

Sfera.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Azərbaycanın İstanbuldakı Baş konsulluğundan məlumat verilib.

Məlumatda qeyd olunub ki, hadisə nəticəsində Rakif Əliyev, Mahrec Kərimov, Azər Amanov və Qulam İbrahimov xəsarət alıb: “Yaralı həmyerlilərimiz Seyrantepe Hamidiye Etfal Eğitim ve Araştırma Xəstəxanasında müalicə olunurlar. Hadisənin yaranma səbəbləri aidiyyəti polis şöbəsi tərəfindən araşdırılır”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR