Logo

Azərbaycan daha bir nüfuzlu sərgidə İŞTİRAK EDƏCƏK

Azərbaycan daha bir nüfuzlu sərgidə İŞTİRAK EDƏCƏK
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Oktyabrın 2-5-i tarixlərində Türkiyənin İstanbul şəhərində Müstəqil Sənayeçi və İş Adamları Birliyinin (MÜSİAD) təşkilatçılığı ilə “MUSİAD Expo 2022” sərgisi keçiriləcək.

Sfera.az xəbər verir ki, 19-cu dəfə təşkil ediləcək sərgidə Azərbaycanla yanaşı dünyanın 124 ölkəsindən 100 mindən çox nümayəndə iştirak edəcək.

“MUSİAD Expo 2022” sərgisi TÜYAP İstanbul Sərgi və Konqres Mərkəzində açılacaq. “Avropa, Asiya, Afrika və MENA regionundan çox ciddi iştirak var.
Bir çox ölkədən, xüsusilə Azərbaycan, Rusiya, Qətər, Səudiyyə Ərəbistanı, Mərakeş, İndoneziya, Nigeriya, Pakistan, İran, Əlcəzair kimi ölkələrdən ixtisaslı satınalma heyətləri "MÜSİAD Expo 2022” sərgisində iştirak edəcək.

24 fərqli sektordan sərgi iştirakçılarını və ziyarətçiləri bir araya gətirəcək B2B görüşlərin müsbət nəticələr verəcəyini gözləyirik. Qlobal və regional ticarətə istiqmət verəcək bu möhtəşəm görüş üçün həyəcanlıyıq”, - MÜSİAD-ın prezidenti Mahmut Asmalı deyib.(Bizim.Media)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR