“Rusiya məğlub olacaq, amma parçalanmayacaq...” - Açıqlama

“Rusiya məğlub olacaq, amma parçalanmayacaq...” - Açıqlama

“Rusiyanın gec ya tez məğlub olacağı ehtimalı çox yüksəkdir”.

Sfera.az bildirir ki, bunu “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. Onun sözlərinə görə, Rusiyanın parçalanması isə inandırıcı görünmür:

 

“Parçalansa belə silah gücünə, milyonların həyatı bahasına hamısını qaytarıb geriyə yığacaqlar. Buna dair tarixi təcrübələri də var. Ümumiyyətlə, Rusiyanın işğalçı ordusu son günlər Ukraynada ağır itkilərə yol verir. Putin isə deyir ki, Rusiya Ukraynada "xüsusi hərbi əməliyyat" keçirməklə heç nə itirməyib. Sanksiyalar, onların gələcək fəsadları, hərbi texnika itkiləri anlaşılandır. Amma "heç nə" dedikdə yüksək ehtimalla qətlə yetirilmiş minlərlə Rusiya hərbçisi nəzərdə tutulur”.

 

Ekspert həmçinin Putinin bir neçə gün əvvəl Rusiyanın yeni xarici siyasət doktrinasını imzaladığını xatırladıb:

 

“İndi Rusiya xarici siyasətinin əsas hədəflərindən biri xarici ölkələrdəki rus və rusdilli əhalinin qorunmasıdır. Ukraynaya qarşı işğalçı müharibə başlayandan on minlərlə rus postsovet ölkələrə miqrasiya edib. Belə çıxır ki, bir gün də Rusiya ordusu onların hüquqlarını qorumaq üçün həmin ölkələrə "miqrasiya" edəcək. Ən azı, bunu edə bilər, çünki yeni xarici siyasət doktrinası buna hüquqi zəmin yaradır. Söhbət əlbəttə, Rusiya anlamında hüquqi zəmindən gedir”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...