Gürcüstanla birgə hökumətlərarası komissiyanın tərkibi dəyişdi
Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamda dəyişiklik edib.
“Qafqazinfo” xəbər verir ki, dəyişikliyə əsasən komissiyanın tərkibinə Azərbaycan Respublikasının energetika naziri və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti də daxil edilib. Bununla bağlı Prezidentin Sərəncamında deyilir:
“Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 602; 2009, № 2, maddə 74, № 6, maddə 424; 2012, № 2, maddə 137; 2014, № 2, maddə 112, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2017, № 8, maddə 1590; 2018, № 8, maddə 1677; 2020, № 3, maddə 265; 2022, № 4, maddə 347) 1-ci hissəsinə “Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri” sözlərindən sonra “Azərbaycan Respublikasının energetika naziri” sözləri, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözlərindən sonra “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti” sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Gürcüstan tərəfinə bildiriş göndərsin”.






