Logo

“Əliyevlə Paşinyan Moskvada görüşə bilər” – Ekspert açıqladı

“Əliyevlə Paşinyan Moskvada görüşə bilər” – Ekspert açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Moskva Ermənistan rəsmilərinə təzyiqlər edir. Məqsəd isə Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin bağlanmasına gətirib çıxaracaq danışıqlar masasını pozmaqdır”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, məhz Kəlbəcər və Laçında atəşkəsin mütəmadi pozulması bunu göstərir:

“Ermənistan ordusu daxilində Rusiyaya yaxın generallar da təxribatların davam etməsində maraqlıdır. Bu baxımdan  Paşinyan həmin qüvvələri təmizləməyincə, sülh istiqamətində atacağı addımlar sabotaj olunacaq. Digər tərəfdən Vladimir Putin və Nikol arasında keçirilən danışıqlardan sonra Rusiyada Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tuta bilər. Amma hazırda Moskvanın davranışları heç də iki ölkə arasında real sülhün əldə edilməsinə hesablanmayıb. Ona görə də rəsmi Bakı Rusiyanın vasitəçiliyində maraqlı deyil”.

Müsahibimiz qeyd edib ki, ümumiyyətlə, Putin  Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan və Ermənistan arasında real sülhün əldə edilməsini istəmir:

“Paşinyanın hansı mövqe tutmasından asılı olmayaraq Brüsselin vasitəçiliyindən çıxması mümkün görünmür. Bu,onun  hakimiyyətinin sonu ola bilər. Azərbaycanla sülh müqaviləsinin bağlanması Paşinyanın hakimiyyətdə qalmaq üçün sığortasıdır”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR