Fransanın ölkəmizdəki səfiri Şuşaya niyə getmədiyinin SƏBƏBİNİ AÇIQLADI

Fransanın ölkəmizdəki səfiri Şuşaya niyə getmədiyinin SƏBƏBİNİ AÇIQLADI

Xəbər verdiyimiz kimi, ötən ayın sonlarında Şuşada növbəti beynəlxalq konfrans keçirilib. İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları, şəhərsalma potensialının istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunan konfransda ABŞ və Fransa səfirləri iştirak etməyib.

Rəsmi Bakı hər iki ölkənin diplomatına Şuşaya səfərlə bağlı dəvət göndərsə də, onlar heç bir səbəb göstərmədən konfransda iştirakdan imtina ediblər. 

 

Fransanın Azərbaycandakı səfiri Zakari Qross isə ötən gün “Tvitter” hesabında Azərbaycanda olmadığı barədə paylaşım edib:

 

“Yay tətili bitdi, Səfirlər Konfransı başa çatdı. Missiyamın yerinə yetirilməsi üçün Azərbaycana qayıdıram. Konfransın əhval-ruhiyyəsi soyuq idi, lakin Rusiyanın təcavüzünə qarşı mübarizə aparmaq üçün kollektiv əzmlə çalışırıq”.

 

Xatırladaq ki, sentyabrın 1-də Fransada Səfirlər Konfransı keçirilib. Fransa prezidenti Emmanuel Makron  tərəfindən səfirlərə tapşırıqlar verilib.

 

Mövzu barədə fikirlərini Sfera.az-la bölüşən politoloq Cümşüd Nuriyev bildirib ki, Fransa səfirinin Tvitterdəki paylaşımı diplomatik  gedişdir:

 

“Məsələnin müsbət tərəfi bundan ibarətdir ki, ABŞ-ın Bakıdakı səfirliyindən fərqli olaraq Fransa səfiri Şuşaya gedə bilməməsinin səbəbini izah etməyə çalışıb. Bəlkə həqiqətən də Bakıda olmayıb, yaxud Şuşaya səfər əvvəlcədən planlaşdırıldığına görə bu barədə məlumatı olub və bilərəkdən Azərbaycandan gedib. Bütün hallarda etiraf etməyin özü diplomatik mədəniyyətdir”.

 

C.Nuriyevin fikrincə, Fransa səfirinin bu paylaşımı əslində ABŞ və Azərbaycan üçün bir mesajdır:

 

“Çünki Azərbaycanın həm dövlət, həm XİN, həm də media səviyyəsində tutduğu sərt mövqe Fransanı fikrini dəyişdirmək məcburiyyətində qoyub. Müdriklərin sözünə görə, bir dəlilər, bir də ölülər fikirlərini dəyişmirlər. Yəni Fransa səfirinin belə paylaşım etməsi müsbət tərəfdən dəyərləndirilməlidir. Fikrimcə, Azərbaycan dövləti həmin paylaşımı nəzərə almalıdır. Hikmət Hacıyev Fransa səfiri ilə yenidən Şuşaya gedə, Azərbaycan ziyalıları da onları müşaiyət edə bilər. İnanıram ki, Azərbaycan bu addımı atsa, Fransanın ölkəmizdəki səfirliyi müsbət cavab verəcək. İstəmərəm ki, yaxşı əlaqələrimiz olan dövlətlərlə özümüzü düşmən statusuna keçirək. Əksinə, bizi sevməyən dövlətlərə sevgi ilə yaxınlaşmalıyıq ki, onlar da bizə müsbət münasibət göstərsinlər. Düşünürəm ki, bu, belə də olacaq”.

 

Yeganə,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...