Erməni KİV: "Bakının TƏLƏBİ - Qarabağ bölgəsində bütün iriçaplı silahlar çıxarılmalıdır"
Kateqoriya məlum deyil
“Rəsmi Bakının yeni şərti var”.
Sfera.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bir sıra erməni KİV-lərinin yaydığı məlumata görə, Bakı Qarabağdakı qanunsuz silahların yığılmasına start verib.
KİV-lər bildirir ki, Azərbaycan Qarabağ bölgəsində RSK-nin müvəqqəti məsuliyyət zonasından bütün iriçaplı silahların çıxarılmasını tələb edib.
“Azərbaycan Qarabağ bölgəsində bütün iriçaplı silahlar tədricən və itkisiz çıxarılmalıdır”, – erməni mediası yazıb.






