Logo

“Türkiyə və Azərbaycan vahid komanda kimi hərəkət edir” - Prezident

“Türkiyə və Azərbaycan vahid komanda kimi hərəkət edir” - Prezident
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə qlobal səviyyədə güclü dövlətdir və əlbəttə ki, bizim keçən il Türkiyə ilə imzaladığımız müttəfiqlik haqqında bəyannamə regional sabitlik üçün çox əhəmiyyətli amildir.

Sfera.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib.

Dövlət başçısı deyib ki, Türkiyənin Azərbaycana həm siyasi, həm də mənəvi dəstək göstərdiyi İkinci Qarabağ müharibəsi bitəndən sonra bizim münasibətlərimiz daha da gücləndi.

“Türkiyə və Azərbaycan regionda bir çox məsələlərlə bağlı demək olar ki, vahid komanda kimi hərəkət edir. Bu da hamı tərəfindən nəzərə alınmalıdır”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR