“Bu, ölkədəki demokratiya və Qərb tərəfdarlarının işini çox çətinləşdiririr\" - Açıqlama

“Bu, ölkədəki demokratiya və Qərb tərəfdarlarının işini çox çətinləşdiririr\

“ABŞ -ın Azərbaycan siyasəti getdikcə daha çox onun Türkiyə siyasətinə bənzəyir”.

Sfera.az bildirir ki, bunu politoloq Nazim Cəfərsoy deyib. O qeyd edib, Vaşinqton 30 il Qarabağda beynəlxalq hüququ və ədaləti gözardı edən “ermənipərəst siyasət” həyata keçirirdi:

 

“Axırda Rusiya ABŞ-ı geosiyasi bir manevr ilə oyundan kənarda qoydu. İndi də hər mənada uduzacaq. Onlar beynəlxalq hüquqa zidd və ikili standart göstərən Qarabağ erməniləri üzərinə oynayırlar. Başa düşürəm, Konqres  seçimlərində çətin vəziyyətdəki demokratların erməni diasporasına ehtiyacı var, amma Vaşinqtondakı demokratlar bəzi şeyləri də nəzərə almalıdırlar. Məsələn, ABŞ-ın bu siyasəti  Rusiyanın manevr imkanlarını çox gücləndirir və Azərbaycan hakimiyyətini Rusiyaya daha çox itir”.

 

Ekspert həmçinin bildirib ki, sözügedən istiqamət cəmiyyətimizdə Qərbə dair narazılığı da artırır:

 

“Bu, ölkədəki demokratiya və Qərb tərəfdarlarının işini çox çətinləşdiririr. Prosesin nəticəsində ABŞ Azərbaycanda və Qafqazda daha da zəifləyəcək. Yanlış və uduzacaqları prosesdə təkid etmək böyük strateji səhvdir. Bu prosesi həmçinin erməni lobbisinin daxilindəki rus kəşfiyyatının da uğuru kimi qiymətləndirmək olar”.

 

Qeyd edək ki, separatçıların qondarma “xarici işlər naziri” David Babayan ABŞ Konqresində çıxış edəcək. O, sentyabrın 19-da Vaşinqtona gedəcək və çıxışında “status”, qondarma “arsax”ın təhlükəsizliyindən bəhs edəcək. Səfərin təşkilatçısı isə Amerika Ermənilərinin Milli Komitəsidir.

 

Türkan


OXŞAR XƏBƏRLƏR