"Türkiyə bu istiqamətdə yorulmadan çalışır" - Yerxov

"Sülh hamımızın səy göstərdiyi şeydir və Türkiyə rəhbərliyinin, məsələn, Ukraynada danışıqlar vasitəsilə həll yolu tapmaq səyləri ən böyük təqdirə layiqdir".
Sfera.az xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov deyib.
"Türkiyə bu istiqamətdə yorulmadan çalışır və ümumilikdə uğur qazanır. Bunun üçün üç xarici işlər nazirinin Antalya görüşünü və ya İstanbul Dolmabaxça sarayındakı danışıqları xatırlamaq kifayətdir. Orada mühüm irəliləyiş əldə olundu, lakin sonradan Ukrayna tərəfi onları rədd etdi. Biz yüksək qiymətləndiririk ki, Türkiyə öz ərazisində yeni Rusiya-Ukrayna təmaslarına ev sahibliyi etməyə hazır olduğunu daim vurğulayır. Ümid edirəm ki, bir gün türk diplomatiyası “taxıl sövdələşməsi”nə nail olduğu kimi, danışıqların bərpası ilə bağlı öz müsbət sözünü bir daha deyə biləcək", - Yerxov bildirib.
Turan Rzayev,
Sfera.az