Logo

“Hər iki qonşumuz konfliktdə maraqlıdır” – İran və Rusiya XİN rəhbərləri niyə görüşdü?

“Hər iki qonşumuz konfliktdə maraqlıdır” – İran və Rusiya XİN rəhbərləri niyə görüşdü?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Baş diplomatlar bir sıra regional və ikitərəfli məsələləri müzakirə ediblər. Onlar Cənubi Qafqazdakı durum barədə də danışıblar.

Bəs, Abdullahiyanı Rusiyaya aparan səbəblər nədir?

Bu barədə Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, həm  Moskva, həm də Tehran Qərbin Cənubi Qafqazda artan fəallığından narahatdır:

“Hər iki qonşumuz konfliktdə maraqlıdır. İran Azərbaycanın güclənməsini istəmir, bunun səbəbləri məlumdur. Rusiya isə düşünür ki, onun Cənubi Qafqazdakı mövcudluğu üçün münaqişə ocağı daim qalmalıdır. Əslində doğrudur. "Sular durulsa", nə Kremlin vasitəçiliyinə ehtiyac olacaq, nə də sülhməramlıların Qarabağdakı fəaliyyətinə. Bu baxımdan İran və Rusiya XİN başçılarının regionla bağlı xoş niyyətli olduqlarını düşünmürəm. Ən azından hələlik”.

Müsahibimiz bildirib ki, burada maraqlı məqamlardan biri İranın Rusiyaya satdığı PUA-ların keyfiyyətsizliyinə dair yayılan məlumatlardır:

“Əgər bu, gerçəkdirsə, çox güman, nazirlər sözügedən məsələni də müzakirə ediblər. Əslində İranın Rusiyaya keyfiyyətsiz silah satması inandırıcı deyil. Əks halda bu, tərəflər arasında gərginliyə səbəb ola bilər. Rusiya və İran regionla bağlı hansısa planlar qura bilərlər. Lakin "onların qatarı artıq keçib". İndi Azərbaycanın iradəsi olmadan Cənubi Qafqazda hansı dəyişikliyin baş verməsi mümkün deyil”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR