Logo

İlham Əliyev İtaliyaya getdi - FOTO

İlham Əliyev İtaliyaya getdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezident İlham Əliyev İtaliyaya işgüzar səfər edəcək.

Sfera.az xəbər verir ki, dövlət başçısının səfəri sentyabrın 1-2-si tarixlərində nəzərdə tutulur.

Səfər İtaliya Prezidenti Sercio Mattarellanın rəsmi dəvəti əsasında və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə baş tutacaq. Səfərin məqsədi Prezident İ.Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı ölkələrimiz arasında imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin icrası prosesində bir sıra sahələr üzrə aktual məsələlərin müzakirə edilməsi, bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və nəticə yönümlü növbəti addımların müəyyən edilməsidir.

Səfər çərçivəsində Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella və İtaliya Baş naziri Mario Draqi ilə geniş tərkibdə görüşləri nəzərdə gözlənilir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-də Romaya işgüzar səfərə gəlib.

Sfera.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR