Brüssel masasında nələr var? - Açıqlama

Brüssel masasında nələr var? - Açıqlama

“Əliyevlə Paşinyan növbəti dəfə Brüsseldə görüşür. Artıq görüşün özü qədər “görüşdən nələr gözlənilir?” sualı da ənənəyə çevrilib və mümkün nəticələri Bakı-İrəvan arasındakı məsələlər kontekstində çıxarmaq olar”.

Sfera.az xəbər veriri ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

 

Onun sözlərinə görə, xarici işlər nazirlərinə saziş üzrə danışıqlar aparmaq, hazırlıqları həyata keçirmək tapşırığının verilməsinə dair razılaşma əldə edilsə və müəyyən təmaslar olsa da, İrəvan tərəfindən heç bir praktiki addımın atılmaması nəticəsizliyə gətirib çıxardı:

 

“Delimitasiya və demarkasiya üzrə ikitərəfli komissiyanın yaradılması da Brüsseldə razılaşdırılmışdı, ilk təmaslar quruldu, hərçənd, yenə Ermənistanın praktikada əməlsizliyi bu istiqamətdəki anlaşmanı da sıfıra endirir. Görüşdən bir gün öncə - 30 avqustda sərhədlə bağlı görüşün Moskvada keçirilməsi də Brüssel masasında bu məsələnin əsas gündəm olmayacağını deməyə əsas verir.

 

Öncəki görüşlərin bəyanatları Aİ-nin bu məsələni Azərbaycanın daxili məsələsi olaraq qəbul etdiyini deməyə əsas verir, sonuncu görüşdə “Qarabağdakı etnik ermənilər” qeydi bu mövqeyi bir qədər də gücləndirdi”.

 

Ekspertin sözlərinə görə, bugünkü görüşdə Aİ-nin Ermənistan-Azərbaycan münasibətlərində müzakirə edə biləcəyi iki məsələ ola bilər:

 

“Birincisi, sülh sazişi üzrə başladılan prosesin davam etdirilməsidir: saziş üzrə nümayəndə heyətinin tərkibinin formalaşdırılması müzakirə oluna, Bakıdan fərqli olaraq, bu istiqamətdə heç bir addım atmayan İrəvan tərəfindən də nümayəndə heyətinin təyin edilməsi üzrə razılaşma yenilənə bilər.

 

İkincisi, kommunikasiyanın açılması üzrə müzakirələrdir: bu məsələ yenidən “ölkələrin suverenliyi əsasında” qeyd oluna bilər və bu, bu, Zəngəzurun “yol məntiqi” ilə açılmasını istəyən İrəvanın maraqlarına uyğun olsa da, praktikada işləməyəcəyi də məlumdur; Bakı bu məqamdan manevr olaraq istifadə edir”.

 

A. Nərimanlının sözlərinə görə, bütün bunlar Brüssel görüşündən ciddi nəticələrin olacağı gözləntisini azaldır:

 

“Bu görüşə daha çox “tərəflər üçün niyə lazımdır” prinsipindən yanaşa bilərik.

 

- Avropa İttifaqı Bakı-İrəvan münasibətlərində və bunun üzərindən bölgədəki iştirakçılıq payını saxlamaq niyyətindədir;

 

- Ermənistan Brüssel görüşünü xüsusilə kommunikasiya və sərhəd məsələsində Moskva masasındakı mövqelərinin nəzərə alınmasına nail olmaq üçün vasitə olaraq görür;

 

- Brüssel masası Azərbaycan üçün də Moskva qarşısında əlini gücləndirəcək alternativ xarakteri daşıyır, bununla yanaşı, Bakının iki hədəfi də var;

 

a) Minsk qrupu formatına qarşı alternativ platformanı gücləndirmək: görüşdən öncə Vaşinqtonun “Minsk qrupuna” yeni təyinatı da Qərb cəbhəsində Aİ-nin vasitəçiliyinin aktuallaşmasının Bakı üçün əhəmiyyətini göstərir, hərçənd ABŞ-ın bu gedişi “Brüssel Vaşinqtonun mövqeyini təkrarlaya bilərmi” sualını da önə çıxardı; okeanın o tayından belə istəklərin olduğu bəllidir, lakin nail ola biləcəyi ehtimalı azdır:

 

1. Görüşdən öncə masadakı məsələlər tərəflər arasında razılaşdırılıb; 

 

2. Bu mövqe Brüsselin əldə etdiyi əvvəlki razılaşmalara paradoksdur və belə bir məsələnin gündəmə gəlməsi Aİ-nin vasitəçiliyini risklər yarada bilər;

 

b) Azərbaycan belə görüşlərlə həm Qərb, həm Rusiya masasındakı razılaşmaların icrasına nail olmaq üçün təkcə diplomatik yox, hərbi müstəvidə addımlar ata biləcəyini də legitimləşdirir.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...