İran ABŞ gəmisini ələ keçirmək istədi - TƏFƏRRÜAT

İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin Amerikanın uzaqdan idarə olunan kəşfiyyat gəmisini ələ keçirmək cəhdinin qarşısı alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Amerika Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması məlumat yayıb.
Bildirilir ki, SEPAH-ın “Şəhid Baziyar” adlı gəmisi öncə Amerika Hərbi Dəniz Qüvvələrinə məxsus gəmini ələ keçirib. Ancaq Amerika hərbi gəmisi və helikopteri hadisə yerinə yaxınlaşdıqda SEPAH gəmisi ABŞ gəmisini buraxmalı olub.
Amerika Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının müavini admiral Bred Kuper verdiyi açıqlamada SEPAH-ın addımının bağışlanmaz olduğunu və peşəkar Hərbi Dəniz Qüvvələrinin davranışına uyğun olmadığını bildirib.
Bununla yanaşı, Amerikanın Mərkəzi Komandanlığı "CENTCOM" da SEPAH-ın hərəkətini “İranın Yaxın Şərqdə sabitliyi pozan, qeyri-qanuni və qeyri-peşəkar fəaliyyətlərinin davam etməsinin göstəricisi” adlandırıb.
Turan Rzayev,
Sfera.az