İki Avropa ölkəsi ruslara Şengen vizası verilməsi qadağasına QARŞI ÇIXDI
Kateqoriya məlum deyil
Almaniya və Fransa ruslara Şengen vizalarının verilməsinə qadağaya qarşı çıxıb.
Sfera.az xəbər verir ki, məsələ ilə bağlı iki Avropa ölkəsinin mövqeyini DPA agentliyi onların Avropa İttifaqının (Aİ) digər dövlətlərinə göndərdiyi sənədə istinadən yayıb.
Agentliyin məlumatına görə, Paris və Berlin Aİ-ni vizalardan mühüm təsir rıçaqı kimi istifadə etməyin ağıllı yolları üzərində düşünməyə çağırıb. Xüsusilə, Rusiya vətəndaşlarının mümkün təhlükəsizlik təhdidləri üçün hərtərəfli yoxlanılması təklif ediblər.
Həmçinin demokratik ölkələrdə yaşama təcrübəsinin xüsusilə gələcək nəsillər üçün təsirini qiymətləndirməmək lazım olduğunu qeyd ediblər. (azpost.info)






