“Laçından sonrakı hədəf Xankəndidir” - Açıqlama

“Laçından sonrakı hədəf Xankəndidir” - Açıqlama

“Laçından sonra növbəti hədəfimiz Xankəndidir və artıq bu barədə informasiyalar gəlməkdədir”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. Müsahibimiz bildirib ki, hətta ermənilərin Xankəndini tərk edəcəkləri günün də uzaqda olmadığı barədə informasiyalar var:

 

“Amma təbii ki, Xankəndinə Azərbaycan əsgərinin məskən salması üçün müəyyən hazırlıq işlərini aparmaq lazımdır. Laçından sonra Azərbaycan bu istiqamətdə addımları intensivləşdirəcək. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi orada qalan erməni tör-töküntüləri Azərbaycan vətəndaşlığını qəbul edəcəklərsə, həyatlarını davam etdirəcəklər. Əks halda, onların da taleyini Zabux və Sus kəndində olan ermənilərin taleyi gözləyir. Digər tərəfdən Azərbaycan silahlı qüvvələrinin Xankəndinə nə zaman girəcəkləri barədə ciddi proqnoz vermək mümkün deyil. Bu, hər şeydən çox ermənilərin özündən asılı olacaq”.

 

Politoloq qeyd edib ki, əgər ermənilər məlum bəyanatları imzalamaqla öhdələrinə götürdükləri vəzifələri yerinə yetirəcəklərsə,onların orada qalması Azərbaycan xalqı üçün təhlükə mənbəyi olmayacaqsa, normal həyat səviyyəsi və təhlükəsizliklərinə təminat alacaqlar: “Amm özlərini yenə də həyasızcasına aparsalar, biz indidən onların çıxarılması barədə düşünəcəyik”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR