Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı məlum oldu
Kateqoriya məlum deyil
Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı məlum olub.
Sfera.az report-a istinadən xəbər verir ki, parlamentin payız sessiyasında ilk plenar iclası sentyabrın 30-da baş tutacaq.
Parlamentin Daxili Nizamnaməsinə əsasən, Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.
Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.






