Logo

Prezidentin köməkçisi ABŞ və Fransa səfirlərini tənqid ETDİ

Prezidentin köməkçisi ABŞ və Fransa səfirlərini tənqid ETDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ və Fransa səfirlərinin Şuşada keçirilən beynəlxalq konfransda iştirak etməməsinə münasibət bildirib.

Sfera.az xəbər verir ki, o, tədbirdə çıxışı zamanı ABŞ və Fransanın Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı oldmadıqlarını bildirib.

"ABŞ və Fransa səfirləri dəfələrlə dəvət olunmalarına baxmayaraq, Şuşaya səfər etməkdən nümayişkaranə şəkildə imtina edirlər. Bu, onların Azərbaycanın ərazi bütövlüyünü tanımaması kimi qiymətləndirilməlidir”, - .H.Hacıyev deyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR